Qırmızı.az
Azərbaycanla Fransa arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Fransada işgüzar səfərdə olan Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov fevralın 25-də bu ölkənin “Kampüs Frans” agentliyinin direktoru Antuan Qrassən ilə görüşüb.
Görüşdə son illər Fransa ilə Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyi diqqətə çatdırılıb. Fransa-Azərbaycan təhsil əlaqələrinin inkişaf perspektivləri, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi və birgə proqramların həyata keçirilməsi imkanları müzakirə edilib.
Görüşdə, həmçinin Parisdə keçiriləcək “Azərbaycan günü”
tədbirinə hazırlıq, müvafiq proqramlar üzrə akademik mobillik və
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.
“Kampüs Frans” agentliyinin bir sıra ölkələrlə sıx əməkdaşlıq
etdiyini bildirən A.Qrassən rəhbərlik etdiyi qurumun Azərbaycanla
əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib.
Qurum rəhbəri müvafiq çərçivədə azərbaycanlı tələbələrin Fransada
və fransız tələbələrin Azərbaycanda təhsilinin təşviq olunması, iki
ölkənin ali təhsil müəssisələri arasında professor-müəllim
heyətinin mübadiləsi kimi sahələrdə birgə fəaliyyət aparmağa hazır
olduqlarını bildirib.
Təhsil nazirinin müavini Firudin Qurbanov iki ölkə arasındakı əlaqələrdə təhsil sahəsinin mühüm əhəmiyyət daşıdığını, eyni zamanda, ali təhsil üzrə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb.
F.Qurbanov Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələr, ali təhsilin strateji istiqamətləri, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icra vəziyyəti və bu sahədə yeni proqramın hazırlanması barədə məlumat verib.
Nazir müavini "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində hazırda
120 azərbaycanlı tələbənin Fransada təhsil almaq hüququ
qazandığını, onlardan 42 nəfərin bu ölkədə təhsillərini davam
etdirdiklərini diqqətə çatdırıb.
F.Qurbanov Azərbaycanın Fransa ilə ali təhsil sahəsində
əməkdaşlığın yalnız tələbə mübadiləsi ilə məhdudlaşmayaraq, ali
təhsil müəssisələri arasında professor-müəllim heyətinin mübadiləsi
və birgə elmi tədqiqatların aparılmasına böyük önəm verdiyini
vurğulayıb.
Nazir müavini bu səfərin təhsil əlaqələrinin, gələcək
əməkdaşlığın inkişafına müsbət təsiri olacağına və uğurlu
nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirib.
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi