Nida.az
Razi Nurullayevdən daha bir ifşa - SAXTA PROFİLLƏR
AXCP sədrinin müavini vəzifəsindən istefa verən Razi Nurullayev öz “facebook” səhifəsində AXCP yetkililərinin sosial şəbəkələrdəki fəaliyyətindən yazıb.
Publika.az xəbər verir ki, R. Nurullayev partiyada
bəzi sədr müavinlərinin bir neçə “facebook” profili vasitəsilə
rəqiblərə qarşı mübarizə apardıqlarını deyib: “Saxta profillər
fəlsəfəsini Azərbaycan siyasətinə bir partiya gətirib və buna
təəssüf edirəm. Sədr müavinlərindən də bir-ikisi istisna olmaqla
hər biri onlarla saxta profil istifadə edir. Bu çox utancverici
hərəkətdir. Saxtakarlıqlara qarşı mübarizəni əlində bayraq edən
partiya bunu özünə necə uyğun görə bilər? Utanıram. Həm də yanıram
o istismar etdiyiniz cəbhəçilər üçün. Çünki saxta profillər real
adamların görünsün deyə, ömründə bir dəfə internetə girməyən
cəbhəçilərin adından belə profilləri yaradıb, sizdən fərqli
düşünənləri söyür və dışlayırsınız. Bilirəm ki, bu həm də AXCP
sədrinin göstərişi ilə yerinə yetirilir. Bəs harada qaldı azad söz,
fərqli fikir və digərlərinin düşüncəsinə hörmət? Siz necə özünüzə
digər cəbhəçilərin iradəsini zorlamağı rəva görürsünüz?”
R. Nurullayev saxta profillərə konkret nümunə göstərib.
“Mənim də yaxşı tanıdığım Elçin Şükürlü var. Mən qəza keçirən zaman
o da infarkt keçirmişdi. Bir neçə tanınmış cəbhəçi ilə onu ziyarət
etdik və dəstək olmağa çalışdıq. Bilirəm ki, o, çətin vəziyyətdədir
və “facebook”a girmək imkanları da yoxdur. Olsa belə, o internetdən
istifadə etməyi bilmir. Bəs necə olur ki, “facebook”da məni söyür
və hər bir statusun altında bülbül kimi ötür? Mən o təmiz qəlbli
cəbhəçinin telefonunu mətbuata təqdim edə bilərəm. Bəs sonsuz
hörmət bəslədiyim cəbhəçi Bəxtiyar Hüseyn. Onunla telefonla da
danışdım və bu saf cəbhəçi dediklərimdən pis oldu. O, çətin
vəziyyətə düşdü. Dedi ki, bəy, sənə qarşı yazılan şərhlərin heç
biri mənə aid deyil. Mən “facebook”dan istifadə etmirəm. O dedi ki,
istifadə edən şəxsi tanıyır və onunla ağır danışacaq. Budurmu sizin
söz azadlığınız və insanların fərdi həyatına və sözünə hörmətiniz?
Bəxtiyar bəyin də telefonunu mətbuat nümayəndələrinə təqdim edə
bilərəm. Hər ikisinin profilini paylaşacam. Bu profilləri və
onlarca digər profilləri işlədən Rəyasət Heyəti üzvünün adını
bilirəm. Amma, sadəcə onun adını çəkmək mənə pis gəlir”, - deyə o
qeyd edib.
Daha sonra R. Nurullayev digər bir məsələni qaldırıb: “Kamal
İlhamoğlu mənim təşkilatımın mətbuat xidmətinin rəhbəridir.
“Facebook”u sağına-soluna, eninə-uzununa ekspert kimi bilir. Onu,
yəqin ki cəbhəçi gənclər də tanıyırlar. Bir sədr müavini - Fuad
Qəhrəmanlı ona mesajı yazıb. Elə bilir ki, o, mənəm və Kamal da
saxta profildir. Real profillə, özü də hansı ki, “Facebook”u
professional işlədən birini saxta hesab edəsən, daha nə deyim?
Budurmu sənin savadın və analizin? Təbii ki, hətta bu “screenshot”u
paylaşmaq mənə ağır gəlir, amma bilirəm ki, ziyansızdır. Yoxsa,
səni pis vəziyyətə qoymaq istəməzdim. İstəsəydim, mən də deyərim
ki, əlimdə audio-video yazılar var. Ayıbdır belə şeylər. Təbii ki,
mən belə hesab edirəm, amma sizlərin belə düşündüyü inancında
deyiləm”.
R. Nurullayev qeyd edib ki, AXCP funksionerlərinin aktiv olan 200-ə qədər saxta profilləri var: “Qara gün üçün bu saxta profillər 500-700 arası dəyişə də bilər. Ayıbdır, saxtakarlıq etməyin. Xalq elə buna görə müxalifətdən üz döndərib. Çünki yalan və saxtadır hər şey”.
Asif
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR