Nida.az
Sinan Oğandan çağırış: “TBMM Xocalı haqda qanun qəbul etməlidir”
“Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı qəsəbəsində 1992-ci il 25 – 26 fevral tarixində ermənilər tərəfindən törədilən soyqırımı bir insanlıq dramıdır. 106-sı qadın, 363-ü uşaq, 70-i qoca olmaq üzrə 613 azərbaycanlı işgəncələrlə vəhşicəsinə qətlə yetirildi. Bundan başqa, 487 nəfər ağır yaralandı, 1275 nəfər ermənilər tərəfindən əsir alındı, 150 insan itki düşdü. Azərbaycan türklərinə qarşı olan bu soyqırımı bütün türk dünyasını hüznə boğub”.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Böyük
Millət Məclisinin (TBMM) İğdırdan olan MHP-li millət vəkili Sinan
Oğan Xocalı soyqırımının 23-cü ildönümü haqda mediaya ünvanlandığı
bəyanatında deyib.
Onun sözlərinə görə, beynəlxalq hüquqa zidd şəkildə Azərbaycan
torpaqlarının işğalı nəticəsində bir milyon insan doğma yurdlarını
zorla tərk edib: “Bu qardaşlarımız çətin şərtlər altında yaşamağa
davam edir. Xocalıda insanlıq böyük yara aldı, məsumluq güllələndi.
Qarabağda məscidlər axura çevrildi, məzarlıqlar yandırıldı, Türk –
İslam mədəniyyətinə aid bütün əsərləri kinli bir duyğu ilə məhv
edilməyə cəhd edildi”.
S. Oğan 23 il öncə Xocalıda günahsız insanlara qarşı törədilən
soyqırımı beynəlxalq hüquq nöqteyi-nəzərindən bəşəriyyətə qarşı
törədilmiş cinayət olduğunu deyib.
“Türkiyə ilə Azərbaycan iki dövlət, bir millətdir. Xocalı soyqırımı
isə türk dünyasının ortaq dərdidir. Azərbaycan türklərinə qarşı
törədilən bu soyqırımı sadəcə Azərbaycanı deyil, türk dünyasını da
hüznə boğub. Xocalı acısını ürəyimizdə hiss edir, bu insanlıq
dramını türk milləti olaraq 23 ildir qınayır, beynəlxalq hüquqa
zidd olan Qarabağın işğalına son qoyulmasını və TBMM-də 26 fevral
tarixinin Xocalı soyqırımının anım günü olması haqda verdiyim
təklifin tezliklə qəbul olunmasını istəyirik”, - deyə millət vəkili
bildirib.
S. Oğan 23 il öncə baş verən Xocalı soyqırımının insanlıq adına
qara ləkə olduğunu diqqətə çatdırıb: “23 il dünya tarixi və siyasi
tarix baxımından son dərəcə qısa bir zamandır. Hadisənin şahidləri,
qurbanları hələ də yaşayır. Yəni Xocalıda baş verən olaylar tarixi
hadisə deyil. Dünya mediasının da dilə gətirdiyi və kameraların
şahidlik etdiyi, videofaktların olduğu bir hadisədir. İnsanlıq
adına qara ləkə olan bu cür hadisələrin bir daha təkrar olmaması
üçün cinayətkarların beynəlxalq hüquq qarşısında cavab verməlidir.
Biz bu məsələdə Azərbaycana dəstək verməyin vacibliyini
vurğulayırıq. Başda Xocalı şəhidləri olmaqla, bütün şəhidlərimizə
Allahdan rəhmət diləyirik. Türk dünyasının başı sağ olsun”.
Asif Nərimanlı
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR