İraqda şiddətli döyüşlər gedir
Bizi izləyin

Dünya

İraqda şiddətli döyüşlər gedir

İraq hökumət qüvvələri ilə silahlı qruplaşmaları İslam Dövləti yaraqlılarını Tikrit şəhərindən çıxarmaq üçün koalisiya şəklində hücuma keçib.

Publika.az-ın məlumatına görə, bu barədə ölkənin baş naziri və ali baş komandanı Heydər Əl-Abadi əməliyyatın başladığı qonşu Samarra şəhərinə səfəri zamanı bəyan edib.

Minlərlə şiə silahlı şəxs, yerli qəbilə üzvü və İraq qüvvələri şəhəri uğrunda birgə mübarizəyə başlayıb. Hazırda şiddətli döyüşlər getdiyi bildirilir.

Səladin Qubernatorluğu İraq paytaxtı ilə şimalda üsyançıların nəzarətində olan Mosul şəhəri arasında körpü rolunu oynayır. Şəhər 2014-cü ilin ortalarından İslam Dövlətinin nəzarətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm