Dünya
İnanılmaz cinayət, dəhşətli qətillər: “Ankara Yamyamı”, “İnsan ovçusu” (ŞOK TƏFƏRRÜAT)
Kriminal aləmdə qonşu Türkiyə ən rahat məkanlardan
sayılır. XIX əsrdən bəri ora qanlı killerlərin axını başlanıb.
Türkiyə mətbuatında dəhşətli cinayətlər törədən “qanuni oğru”ların
siyahısı hazılanıb.
Publika.az anspress-ə istinadən həmin
şəxslərdən bəzilərinin adlarını və törətdikləri qərtllərlə bağlı
növbəti maraqlı matrealı təqdim edir:
Türkiyənin İstanbul şəhərində gözlənilmədən bir taksi sürücüsü
qanlı cinayətkara çevrilir. 1986-cı ildə Bakırköy qəsəbəsində taksi
sürücsü işləyən Seyid Əhməd Dəmirçi uşaqlıq dostunun intihar
etdiyini eşidib. Seyid Əhməd Dəmirçi həmin dostunun intihar etməsi
səbəbini öyrənəndə isə dəhşətə gəlir. Demə onlar 11 yaşda olarkən
baqqal dükanında təcavüzə məruz qalıblar. Dükanın sahibi, baqqal
onları zorlamaq istəyib. Seyid Əhməd Dəmirçi qaçıb. Lakin dostu
qaça bilməyib. Baqqal onu zorlayıb. Hadisədən sonra Dəmirçinin
dostu psixoloji sarsıntı keçirib. Bu səbəbdən də, illər sora
intihar edib.
Seyid Dəmirçi dostunun intiqamını almaq üçün evində gizlətdiyi
xəncəri götürüb və İstanbulun küçələrində baqqallara hücum edib. O,
5 baqqalın başını kəsib. Polisin keçirdiyi əməliyyat zamanı Seyid
Dəmirçi evdə həbs olunub. O, polisə verdiyi ifadədə bildirib ki,
əgər yaxalanmasaydı 11 baqqal öldürəcəkdi. Bu da dostunun 11 yaşda
zorlanmasına səbəb idi.
Məhkəmənin qərarı ilə Seyid Dəmirçi 3 dəfə edam cazasına layiq
görülmüşdü. Sonradan hər dəfə bu cəza ləğv edilib. Ona ömürlük
azadlıqdan məhrumetmə cəzası verilib. Lakin 1998-ci ildə
həbsxanadan qaçmaq istərkən polislərlə atışan zaman Seyid Dəmirçi
öldürülüb.
Türkiyə bir baş bəlasından qurtulduğu bir vaxtda, 1998-ci ildə
Kayseri şəhərində başqa bir manyak peyda olur. Həmin ildə polislər
tərəfindən oğurluq etdiyinə görə təqib olunan 22 yaşlı Hamdi
Kayapınar qızğın atışmaya başlayır. Atışma zamanı bir polisi
öldürür, üçünü isə yaralayır. Lakin özü ayağından yaralanır. Polis
tərəfindnə saxlanılan Hamdi Kayapınar verdiyi ifadədə törətdiyi
cinayətləri etiraf edir.
O, etirafında bildirir ki, 3 il əvvəl pompalı ov tüfəngilə 7
nəfəri öldürüb. Onların emyitini tikinti ərazisindəki zibilxanaya
atmaq istəyib. Lakin oranın nəzarətçisi Ali Ara onu görüb.
İstəmədən həmin gözətçini də öldürüb. Sonra isə meyitləri zibil
qutusuna ataraq yandırıb.
Ümumilikdə 37 ev, 14 ofis, 70 mağaza qarət etdiyini deyən Hamdi
Kayapınar hobbisinin ov tüfəngilə adam öldürmək olduğunu bildirib.
O, özünə “İnsan ovçusu” deyirmiş.
Araşdırmalar zamanı məlum olub ki, Hamdi Kayapınar 11 yaşında
olarkən kiçik qardaşını iplə boğub. Bu cinayətinə görə 4-5 il həbs
cəzası alıb. Həbsxanadan çıxdığında əsəb xəstəsi olduğunu
deyib.
“Yalnız ov edərkən əsəblərim sakitləşirdi. Varlı evlərə girib,
oradakı qənimətləri ələ keçirirdim. İnsanları isə acımadan
güllələyirdim. İnsnı ov tüfəngilə öldürməkdən xoşum gəlir. Başqa
üsulla qətllərə əl atmamışam. Mən mahir “insan ovçusu” və güclü
insanam”, - deyə Hamdi Kayapınar ifadəsində polisləri şoka
salıb.
2001-ci ildə Türkiyədə baş verən güclü zəlzələdən sonra həyatı
alt-üst olan Orhan Aksoy taleyin acısını insanlardan çıxmağa qərar
verir. Zəlzələ zamanı dükanı dağılan və son anda oradan salamat
qutaran Orhan Aksoy kasıbladığı üçün arvadı onu tərk edir.
Arvadından ayrılandan sonra çoxlu spirtli içki qəbul edən Orhan
Aksoy parkların birində gənc qadını zorlayıb və iplə boğub. Sonra
meyiti soyunduraraq küçəyə atıb.
Daha sonra o, ardı-ardına bir neçə insanı da iplə boğaraq
öldürüb. Türk polisi gözləmədiyi bir anda küçə və prospektlərdə
iplə boğulmuş insan meyiti tapır. Hər dəfə də qətl eyni üsulla
edilir. Polis dəfələrlə əməliyyat keçirib, lakin Orhan Aksoyu tuta
bilməyib.
Lakin restoranların birində ofisantı iplə boğarkən yaxalanır.
Orhan Aksoy ofisantı vegeterian olduğu halda ona ət yeməyi
gətirdiyi üçün öldürmək istədiyini bildirib. Orhan Aksoy verdiyi
ifadədə qandan qorxduğunu və bu səbəbdən bütün cinayətlərini
qansız, yalnız iplə törətdiyini deyib.
Məhkəməd isə verdiyi ifadə onun edamına səbəb olub. “Həbsdən
çıxan kimi insan boğmağa davam edəcəyəm. Bir gün sizin də
əzrayılınız olacağam”, - deyə Orhan Aksoy bildirib.
1997-ci ildə Ankara 17 yaşlı cinayətkarın xofuna düşür. İlk dəfə
dostunu öldürərək zorlayan Özgür Dengiz sonradan törətdiyi
cinayətlərinə görə “Ankara Yamyamı” ləqəbinə layiq görülür. “Ankara
Yamyamı” dostunu öldürdüyü üçün saxlanılır və 14 il azadlıqdan
məhrum edilir. Lakin 3 ildən sonra əfv olunaraq azadlığa
çıxır.
Çıxar-çıxmaz qonşusunu öldürən “Ankara Yamyamı” onun bədənini
parçalayıb. Tikələri itlərə atıb.
“Ankara Yamyamı” bir gecə gəzintisi zamanı maşında oturan bir
kişi ilə mübahisə edib. Əsəbləşən “Ankara Yamyamı” həmin şəxsi
maşından çıxarıb və başını kəsib. Yanındakı qadınıda zorlayıb. Daha
sonra onu da öldürüb. Qadının və kişinin bədənini parçalayan
cinayətkar, adəti üzrə ətrafdakı itləri insan ətinə qonaq
edib.
Sonradan heç nə olmamış kimi evinə gedib. Lakin hadisə yerində
saldığı mobil telefon onu ələ verib. Polis tərəfindən yaxalanan
“Ankara Yamyamı” törətdiyi cinayətlərdən peşman olmadığını
bildirib.
Qeyd edək ki, Türkiyənin qanlı cinayətkarları haqqında ilk məumatlar mart ayının 3-də verilmişdi.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"