Sağlamlıq
İlk ginekoloji müayinədə qadınların riayət etməli olduğu məqamlar
Ginekoloji müayinə çox mühümdür. Bir çox qadın üçün ilk ginekoloji müayinə xoşagəlməz proses kimi görünsə də, əhəmiyyətini düşündükdə bu müayinəni qətiyyən təxirə salmaq olmaz. Qadınların bu görüşdə nələrlə qarşılaşacağını bilməsi onları müəyyən mənada narahatlıqlarına məğlub olmasına yardımçı olur. Publika.az-ın sağlamlıq bölməsi ginekoloq Faruk Dəmirin mövzu illə bağlı verdiyi məsləhətləri təqdim edir.
İlk növbədə şəxsi, cinsi və tibbi suallar verilir. Daha sonra ginekoloji müayinə aparılır və laboratoriya testləri tələb olunur. Bundan başqa, uşaqlıq ağzı xərçənginin qarşısını almaq məqsəd ilə smear testi müayinəsi ildə bir dəfə aparılır. Müayinə menstruasiyadan sonra aparılır. Çünki menstruasiya dövrü həm laboratoriya testlərinin nəticələrinə, həm də müayinəyə təsir edir. Müayinədən bir neçə gün əvvəl vaginal duş və krem istifadəsindən çəkinmək lazımdır.
Ginekoloq Faruk Dəmir mövzu ilə əlaqədar olaraq bunları bildirib: “İlk görüşdən əvvəl xəstənin vermək istədiyi sualları qeydə alaraq həkimin yanına gəlməsi müayinənin daha səmərəli keçməsini təmin edir.
Ginekoloqa verilən bütün özəl məlumatlar gizli qalır. Səhv və ya natamam məlumat verilməsi müalicə və problemlərin müəyyən olunmasına mənfi təsir göstərir.
Ginekoloji müayinədə son menstruasiya dövrü, menstruasiya dövriyyələrinin uzunluğu, qanamanın nə qədər çəkdiyi, ara qanaxmalar olub olmadığı, genital ağrı, qaşınma və axıntı, ailə üzvlərində olan hər hansı xəstəliklərə aid məlumatlar, əvvəlcədən keçirilmiş xəstəliklər, cərrahi əməliyyatlar və istifadə olunan dərmanlar, siqaret, spirt və qidalanma vərdişləri haqqında doğru məlumatları həkiminizlə paylaşmanız lazımdır. Ginekoloji müayinə ağrı olmadan, asan və beş dəqiqədən çox davam etməyən bir prosedurdur.
Səhhətinizdə heç bir problem olmasını istəmirsinizsə, sağlam övlad dünyaya gətirmək istəyirsinizsə, ən nəhayət sağlam cinsəl həyat yaşamaq üçün ginekoloji müayinə son dərəcə faydalıdır”.
Aytən
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi