Nida.az
Rasim Musabəyov: “Vaşinqtona güvənib Moskvaya üz çevirmək təhlükəlidir”
“ABŞ Senatının ölkə prezidentinə müttəfiq ölkələrlə hərbi əməkdaşlığı genişləndimək səlahiyyəti verməsi əhəmiyyətli qərardır. Senat bu qərarla Ukrayna, Gürcüstan və Moldovaya NATO-ya üzv olmadan müttəfiq statusunu verdi. Bu məsələdə Azərbaycanın da adı var. Bu müsbətdir, lakin Azərbaycana yanaşmada bunun konkretləşdirilməsinə ehtiyac var”.
Publika.az xəbər verir ki, bu barədə Milli
Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, politoloq Rasim
Musabəyov deyib.
Onun fikrincə, ABŞ-la hərbi müttəfiqlik təkcə təhlükəsizliyi
gücləndirmir, eyni zamanda risklər yaradır.
“Təhlükəsizlik sahəsində ABŞ-la Azərbaycanın əməkdaşlığı uzun
müddətdir davam edir. Müxtəlif dövrlərdə bunun həcmi və
istiqamətləri əhəmiyyətli dərəcədə dəyişib. Vaşinqton bizə quru,
dəniz və hava sərhədləri üzərində effektiv nəzarətin təşkilində
böyük kömək göstərib. Beynəlxalq terrorizmə, nüvə və raket
texnikasının qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə də öz
səviyyəsi ilə seçilir. Lakin erməni lobbisinin təzyiqi altında ABŞ
Konqresinin Azərbaycanla hərbi əməkdaşlığın maliyyələşdirilməsi
həcmini Rusiyanın hərbi müttəfiqi olan Ermənistanla
bərabərləşdirməsi haqda qərarı neqativdir”, - deyə politoloq
bildirib.
R. Musabəyov qeyd edib ki, uzaq perspektivdə Azərbaycan və ABŞ-ın
hərbi əməkdaşlığının nə dərəcədə genişlənəcəyini demək çətindir:
“Burda yeganə məsələ ABŞ-ın konkret nəyi və hansı həcmi təklif
edəcəyi deyil. Amerika ilə hərbi əməkdaşlığın mümkün xeyirləri
olduğu qədər, riskləri də var. Məsələn, bu, Rusiya və İranın mənfi
reaksiyalarına səbəb ola bilər. Hərçənd ABŞ-ın dünyanın bütün
ölkələri ilə hərbi münasibətləri kəmiyyət və keyfiyyətcə seçilir.
Lakin biz bunun mənfi nəticələrini bu yaxınlarda Gürcüstan və
Ukrayna təcrübəsində gördük. Bu baxımdan, Vaşinqtonun hərbi
dəstəyinə güvənərək Moskva ilə münasibətləri gərginləşdirmək
həddindən artıq ehtiyatsız addımdır və bunun təhlükəli nəticələri
ola bilər”.
Asif Nərimanlı
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək