Bilgi.az
42 ildən sonra xilaskarını tapdı - FOTOLAR
Elə olur ki, həyatına təsadüfi daxil olmuş insan doğmalaşır. İnanclara görə, qarşımıza çıxan hər insan taleyimizə təsir edir. Məsələn, bəziləri həyatımıza xoşbəxtlik gətirdiyi halda, digərləri isə, sadəcə olaraq, bizə təcrübə və möhkəm xarakter verir.
Publika.az Alabama ştatından olan 52 yaşlı fermer Heri Bentlinin də başına belə bir hadisənin necə gəldiyini təqdim edir. O, həyatını dəyişən təsadüfi bir insanı düz 42 ildən sonra axtarıb tapa bilib. Həmin təsadüfi adam Bentlinin ürək əməliyyatından sonra qeydinə qalan tibb bacısı olub. Hadisə 1973 -cü ildə İngiltərənin Birminhem şəhərində baş verib. Uşaq evində yaşayan 10 yaşlı yetim oğlan ağır əməliyyata ehtiyac duyub. Oğlanın vəziyyəti o qədər pis olub ki, heç kim onun sağ qalacağına belə inanmayıb.
Lakin həmin çətin anlarda Herinin yanında həqiqi dostu qalırdı. Gənc tibb bacısı valideynsiz uşağı tərk etmədən onun qayğısına qalıb. Uşağa baxacaq heç bir insanın olmadığını nəzərə alan gənc qız Herinin çarpayısını tərk etməyib.
Elə bu qayğının sayəsində 10 yaşlı kimsəsiz uşaq sağ qala bilib. Uşaq və tibb bacısının yolları isə bundan sonra ayrılıb. Tibb bacısından isə ona yalnız fotoları qaldı.
Heri böyüsə də, heç zaman mehriban tibb işçisini unuda bilmədi. Ona görə də, 42 ildən sonra Heri "Facebook" sosial şəbəkəsinin yolu ilə onu axtarmağa qərar verdi. Heri öz tarixçəsini qeyd edərək Keti adlı tibb işçisini axtarırdı.
Herinin harayına ilk olaraq Ketinin qızı cavab verdi. Tezliklə Heri Bentli və Keti Hizerin görüşü baş tutdu. Beləcə, Bentli onu xilas edən insanı görüncə göz yaşlarını saxlaya bilmədi...
Nura
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR