Azərbaycanda yeni müsabiqə başlayır
Bizi izləyin

Tabloid.az

Azərbaycanda yeni müsabiqə başlayır

Azərbaycanda gələn aydan model yarışması start götürəcək.

Bu barədə Publika.az-a müsabiqənin təşkilatçısı, prodüser Sultan məlumat verib.

“Bu yaxınlarda “Mr and Mrs Land of Fire Azerbaijan” müsabiqəsi keçiriləcək. Bu layihədə 3 qrup iştirak edəcək. Şagirdlərdən ibarət qruplar biri-birindən yaş və boyuna görə fərqlənəcək. Belə ki, birinci qrupa 18 yaşdan yuxarı və boyu 180 sm-dən hündür oğlanlar, ikinci qrupa 18 yaşından yuxarı və boyu 170 sm-dən hündür qızlar, üçüncü qrupa isə 3-14 yaş arası uşaqlar daxil ediləcək. Layihənin sponsoru xarici şirkətdir. Şirkət müəyyənləşdiriləcək 3 qalibin hər birini 50 min dollar məbləğində pulla mükafatlandıracaq. Qaliblərdən biri qızlar, ikincisi oğlanlar arasından və üçüncüsü isə uşaqlardan seçiləcək”, - təşkilatçı əlavə edib.

Modellərin kastinq seçimlərinin olmayacağını vurğulayan prodüser hədiyyənin məbləğinə görə, bir sıra tanınmış modellərin də yarışmada iştirak etmək istədiyini vurğulayıb:

“Ancaq mən müsabiqədə tanınmamış simaların iştirak etməsini istəyirəm. Kim qazansa, halal xoşu olsun”.

Qeyd edək ki, müsabiqə 3 ay ərzində davam edəcək. 14 nəfərdən ibarət münsiflər heyətinə Ruhəngiz Allahverdiyeva, əməkdar artist, rəqqasə Tahirə Eynullayeva, stilist Nez, stilist Oğuz Qərib daxildir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm