Mart ayında sürücülərdən 5 milyon manat sığorta pulu yığılıb
Bizi izləyin

Digər

Mart ayında sürücülərdən 5 milyon manat sığorta pulu yığılıb

Mart ayında 69,020 sayda avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.

Publika.az İcbari Sığorta Bürosuna istinadən bildirir ki, bunların 16,103-ü xarici ölkədə qeydiyyata alınan və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib: “Göstərilən dövrdə bağlanan icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,3 milyon manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 13%, sığorta haqlarının məbləğində isə 20,3% artım müşahidə edilib.

Ümumilikdə 2015-ci ilin 1-ci rübü ərzində Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 198,855 sayda sığorta müqaviləsi bağlanıb. Bu müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 15,4 milyon manat təşkil edib. Keçən ilin 1-ci rübü ilə müqayisədə sığorta müqavilələrinin sayında 24,2%, sığorta haqlarının məbləğində isə 29,6% artım müşahidə edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm