Qırmızı.az
Təhsil Nazirliyindən məktəblərdə pul yığılmasına REAKSİYA
Təhsil Nazirliyi məktəblərdə müxtəlif adlar altında vəsait toplanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Publika.az-ın məlumatına görə, Təhsil Nazirliyinin
QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu məlumatların
şayiə olduğunu bildirib.
“Son günlərdə bəzi təhsil müəssisələrində bu və ya digər adlar altında vəsait yığılması ilə bağlı müxtəlif yazılar və ya şərhlər gedir. Bəzən şayiə effekti doğuran bu cür məlumatlar bilərəkdən ictimai müzakirələrə sızdırılır və mahiyyət tam aydın olmur”.
C.Valehov bildirib ki, hər hansı bir təhsil müəssisəsində vəsait
toplanması halı varsa, bununla bağlı anonim yox, adlı müraciət
edilsin və nəticəsi olmazsa, o zaman bunu müzakirəyə çıxartmaq
olar.
“Əgər belə hallar varsa, bu, tamamilə qanunsuzdur və təhsil mühitinə ziddir. Bu xoşagəlməz hal bəzi media orqanlarında qeyd edildiyi kimi, Avropa Oyunları adı altında edilirsə, bu, nəinki qanunsuzluq, həm də mənəviyyatsızlıq və belə mötəbər tədbirin nüfuzuna kölgə salmaq cəhdidir. Bir daha bildiririk ki, belə qanunsuz əməllərlə bağlı əsaslı informasiyası olan şəxslər Təhsil Nazirliyinin qaynar xəttinə və hüquq mühafizə orqanlarına müraciət edə bilərlər”.
Gülxar
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR