Qırmızı.az
Yol polisindən SOS siqnalı
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda dumanlı
hava şəraitinin hökm sürməsi ilə bağlı sürücülərə xəbərdarlıq
edir.
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai
qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov
Trend-ə bildirib ki, sürücülər paytaxtda dumanlı hava şəraitinin
müşahidə olunmasını nəzərə almalı, sürət həddinə, yol və
meteoroloji şəraitə lazımınca diqqət yetirməlidirlər.
V.Əsədov bildirib ki, belə hava şəraitində görmə imkanları
məhdudlaşır. Hazırda paytaxtın bəzi ərazisində uzağı görmə məsafəsi
cəmi 20-30 metr təşkil edir. Ona görə də onlara gün ərzində yaxın
vuran işıqlardan istifadə etmələri, aşağı sürət həddini seçmələri
tövsiyə olunur.
Qeyd edək ki, son iki gündə Bakıda dumanlı hava şəraiti hökm sürür.
Hazırda da paytaxt Bakıda hava dumanlıdır. Sinoptiklər sabah da
günün müxtəlif saatlarında havanın dumanlı olacağını
proqnozlaşdırır.
-
İdman23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”