Sağlamlıq
Cəfəri qırışların bir nömrəli düşmənidir
Sağlamlıq baxımından faydalı olan qidalar dəri üçün də əvəzolunmazdır. Türkiyəli dermatoloq Ata Nejat Sabah dəri üçün faydalı olan qidalarla bağlı maraqlı məlumatlar verib.
Ata Nejat bildirib ki, qeyri-sağlam və pis qidalanma bütün bədənə, o cümlədən dəriyə mənfi təsir göstərir. Bu isə dərinin sürətlə qocalmasına səbəb olur. Odur ki, dərinin ehtiyacı olan bütün vitaminləri qəbul etməlisiniz. Bunun üçün süfrənizdə lifli qidaların çoxluq təşkil etməsinə diqqət göstərin. Şəkəri və duzu mütləq azaldın. Qida rasionunuzu meyvə və tərəvəzlərlə bol edin. A, E və C vitaminləri ilə zəngin meyvələrə üstünlük verin.
Dermatoloq vitaminlərlə bağlı ətraflı məlumat verib. Onun sözlərinə görə, qocalmanın qarşısını almaqda ən təsirli olan E vitamini hüceyrələri yeniləyir və ömrünü uzadır. Bundan başqa oksigenin bədənə yayılmasını yaxşılaşdırır. E vitamini ən çox qoz, fındıq, soya, ət, balıq, ispanaq, qulançar, alma, yumurta və taxılların tərkibində olur.
C vitamini də qocalma prosesini ləngidir və qırışların yaranmasına mane olur. Portağal, limon, yaşıl bibər, çiyələk, pomidor, kivi və cəfərinin tərkibində olur.
Kartof, göbələk, yumurta, qarğıdalı, balıq, sarımsaq və ət selenlə zəngin qidalardır. Selen isə hüceyrələri qoruyan güclü antioksidant sayılır.
Dərini ehtiyacı olan nəmlə təmin edin. Hər gün 2 litr su için.
20 yaşından sonra gecə yatmazdan əvvəl dəri tipinə uyğun nəmləndirici çəkməyi unutmayın.
Aytən
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR