Nida.az
Gürcüstan azərbaycanlıları "erməni soyqırımı" ilə bağlı həqiqətləri açıqladılar
Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzi ermənilərin öz məkrli niyyətlərini həyata keçirmək məqsədilə soyqırımı iddiaları ilə əlaqədar bəyanat qəbul edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, onilliklər ərzində ermənilər Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasında onlara qarşı soyqırım törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstəriblər: “Həqiqət isə odur ki, Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən çox sayda erməni tələf olub. Lakin həmin dövrdə ermənilərdən də çox türklər həlak olub”.
Bəyanat müəllifləri bildirir ki, bu gün ermənilərdən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabı soruşulmalıdır: “Əgər ermənilər tarixi faktları obyektiv araşdırmaq istəyirsə, siyasi məqsədlərə görə tarixi reallığı eybəcərləşdirməkdən cəkinməli və işi mütəxəssislərə həvalə etməlidirlər. Ermənilərdən fərqli olaraq, türklər öz arxivlərini tarixçilərə açdı və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini dəstəklədilər”.
Gürcüstan azərbaycanlıları bəyan edir ki, ermənilərin soyqırımı ilə əlaqədar yayılmış məkrli iddialarının arxasında onlara təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi tələbləri durması hamıya məlumdur: “Ermənilər bu günə kimi Türkiyənin şərqini “Qərbi Ermənistan” adlandırır və Turkiyə-Ermənistan sərhədini rəsmi şəkildə tanımır”.
Ermənistanın bu ekspansiv siyasətinin yalnız Türkiyəyə qarşı deyil, eyni zamanda Azərbaycana qarşı yönəldiyini vurğulayan bəyanat müəllifləri ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdiyi soyqırımı aktlarını xatırladır.
Gürcüstan parlamentinə ünvanlanmış müraciətdə bəyan edilir ki, əgər Ermənistan region ölkələri ilə dinc yanaşı yaşamaq istəyirsə, ilk növbədə, qonşulara düşmənçilik mövqeyinə son qoymalı, onların suverenliyinə, ərazi bütövlüyünə hörmət etməlidir. “Bu, ermənilərin maraqlarına daha çox uyğundur, əks halda Ermənistan regionda təcrid olunmuş ölkə kimi qalacaq. Bunu yalan məlumatlar yaymaqla ictimaiyyəti çaşdırmağa çalışan erməni lobbisi də yaxşı dərk etməlidir”.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək