Nida.az
Azərbaycan və Fransa prezidentlərinin görüşü olub - FOTOLAR (YENİLƏNİB)
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və ölkəmizdə işgüzar səfərdə olan Fransa
Respublikasının Prezidenti Fransua Ollandın görüşü
olub.
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua
Ollandı qarşıladı.
Dövlət başçıları birgə foto çəkdirdilər.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı
səviyyəsindən məmnunluq ifadə olundu. Əlaqələrimizin dinamik
inkişaf etdiyi bildirildi. Son illərdə dövlət başçılarının
qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin daha da
inkişafına təkan verdiyi vurğulandı. Tərəflərin əlaqələrin daha da
genişlənməsində maraqlı olduğu bildirildi və bunun üçün böyük
imkanların mövcudluğu qeyd edildi.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə
bağlı geniş fikir mübadiləsi aparıldı. Azərbaycan Prezidenti İlham
Əliyev Fransa Prezidenti Fransua Ollandın münaqişənin həlli
istiqamətində göstərdiyi fəallıqdan məmnunluğunu ifadə
etdi.
Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.
Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu
imzalanandan sonra Azərbaycan Prezidenti İlham Əliyev, xanımı
Mehriban Əliyeva və Fransa Prezidenti Fransua Olland birgə nahar
ediblər. (AZƏRTAC)
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək