Dünya
“Himayəçi” prezidentin qızıldan heykəli ucaldıldı – FOTO
Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun ilk heykəlinin açılışı olub.
Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, Şəhər Günü münasibətilə açılan monumentin özünün hündürlüyü 21 metr təşkil edir, onun mərmər dayağı isə 15 metrdir.
Heykəl tuncdandır, üzəri isə 24 karatlıq qızılla örtülüb. Monumentin rəsmi adı “Arkadaq monumenti”dir (“Arkadaq” türkmən dilində “himayəçi” deməkdir). Hazırda Türkmənistan prezidenti məhz “himayəçi” titulunu daşıyır. Dövlət başçısı at üstündə ənənəvi türkmən geyimində təsvir edilib. Prezidentin yanında isə sülh simvolu olan göyərçin təsvir olunub.
Məlumata görə, parlament “vətəndaşların çoxsaylı müraciətləri”ndən sonra abidənin açılışı haqqında qətnamə qəbul edib. Ötən ilin iyulunda isə baş nazirin müavini, Türkmənistan xarici işlər naziri Rəşid Meredov vətəndaşların adından dövlət başçısının heykəlinin Aşqabadın rayonlarından birində ucaldılması xahişi ilə prezidentə müraciət edib. Berdiməhəmmədov isə xahişi qəbul edib.
Türkmənistanda son il ərzində prezidentin portretləri təxminən iki dəfə bahalaşıb. Məlumata görə, məktəblərin direktorları müəllimləri dövlət başçısının yeni portretlərini əldə etməyə, onları siniflərdə, kabinetlər və dəhlizlərdə asmağa məcbur edir.
Qurbanqulu Berdiməhəmmədov 2007-ci ili 14 fevralından prezident postunu tutur. Ölkədə şəxsiyyətə pərəstiş əvvəlki prezident Sapamurat Niyazovun vaxtında yaranıb. Niyazovun ölümündən sonra rəsmi ideologiya yeni liderə tərəf istiqamətini dəyişib. Onun idarəçiliyi dövrü “qüdrət və xoşbəxtlik dövrü” adlandırılmağa başlanılıb.
Ömər Dağlı
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi