Rusiya hərbçiləri ilə bağlı ŞOK İDDİA
Bizi izləyin

Dünya

Rusiya hərbçiləri ilə bağlı ŞOK İDDİA

Rusiya Donbas hövzəsində həlak olan hərbçilərinin cəsədlərinin yandırılması üçün mobil krematorlardən istifadə edib.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg View” nəşrində siyasi müşahidəçi Coş Roqin ABŞ Konqresininin Nümayəndələr Palatasının silahlı qüvvələrlə iş üzrə komitənin sədri Mek Tornberriyə istinadən yazıb.

Yazıda bildirilir ki, Rusiya bununla da hərbi qulluqçuların itkilərini gizlətmək istəyib. Analoji iddia ilk dəfə bu ilin yanvarında ortaya atılıb. Həmin vaxt “Donetsk Xalq Respublikası” separatçı qurumun rəhbəri Aleksandr Zaxarçenko Ukrayna hakimiyyətinin münaqişə zonasına üç mobil kremator gətirdiyini bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Puskov “Bloomberg View” nəşrinin səsləndirdiyi iddiaya reaksiya verib. O, informasiyanın etibarlılığından şübhələndiyini deyib.

Mek Tornberrinin sözlərinə görə, Moskva bu cür qurğuların köməyi ilə Ukrayna münaqişəsində iştirakını yalnız dünya cəmiyyətindən deyil, həm də öz xalqından gizlətməyə çalışır. Eyni zamanda o, “məxfiləşdirilmiş informasiyaya”nın detallarını açmaqdan imtina edib. Amma vurğulayıb ki, istinad etdiyi mənbələrə inanır. “Bu biz xəbərləri ukraynalılardan eşidirdik. Xəbərləri ABŞ və digər ölkələrin kəşfiyyatı tərəfindən də təsdiqlənir, - Konqres üzvü bildirib.

Ukraynanın şərqində mart ayında olan Konqresin digər bir üzvü Set Moulton da deyib ki, ən müxtəlif mənbələrdən krematorlardan istidə olunduğu barədə məlumat alıb. İnformasiyaların etibarlılığına inandığını deyən Moulton Rusiyanın öz hərbçilərinin bədənlərini yandırmasını “dəhşətli və biabırçı hadisə” adlandırıb.

Mətbuat bir neçə dəfə Rusiyanın hərbi qulluqçularının sirli şəraitdə həlak olması haqqında yazıb. Sözügedən informasiyaların yayılması tarixlərinin Donbas hövzəsində ən sərt döyüşlərin getdiyi dövrlə üst-üstə düşməsi şübhələri artırıb. Rusiya tərəfi isə bu informasiyaları təkzib, ya da ümumiyyətlə şərh etməkdən imtina edib.

Donbas hövzəsindəki münaqişədə Rusiya hərbçilərinin iştirakı haqqında məsələnin müzakirəsi Rusiya vətəndaşları Aleksandr Aleksandrov və Yevgeni Yerofeyevin Luqansk vilayətində tutulmasından sonra yenidən aktivləşib. Ukrayna Təhlükəsizlik Xidmətindən bildirilib ki, onlar Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) əməkdaşlarıdır. Rusiya Müdafiə Nazirliyi isə dərhal bildirib ki, saxlananlar artıq Rusiya ordusunun sıralarda xidmət etmirlər. Amma rusların özləri jurnalistlərə bildirib ki, Rusiya ordusunda xidmət edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm