Qırmızı.az
Oyunlar zolağı ilə bağlı qərar verildi - VİDEO
May ayının 29-dan Birinci Avropa Oyunları zolağına icazəsi olmayan avtomobillərin girişi qadağan edilmişdi. Bu gün səhər saatlarından etibarən Baş Dövlət Yol Polis İdarəsinin siqnal layihə idarəsinin əməkdaşları tərəfindən həmin zolaqdakı qadağan edici yol nişanları sökülür. Amma həmin zolaqdan istifadə etmək mümkün olacaq. Bəzi nəqliyyat vasitələri istisna edilməklə.
I Avropa oyunları öncəsi paytaxdakı bəzi yollara çəkilən oyunlar zolağı sabahdan etibarən bəzi avtomobillərə qadağan olunacaq.
May ayının 29-dan Avropa Oyunları zolağına icazəsi olmayan avtomobillərin girişinin qadağan edilməsini bildirən yol nişanları artıq sökülür. İyulun 1-dən yəni sabahdan etibarən bu yoldan minik avtomobilləri və ictimai nəqliyyat rahat istifadə edə biləcək. Yalnız yük avtomobilindən başqa.
Zolaqlara daxil olan yük avtomobillərinin sürücüləri 40 manat cərimə olunacaqlar. Bir gün ərzində bu qayda bir neçə dəfə pozularsa həmin sürücü o qədərdə cərimələnəcək. Nəzarətə qaldıqda isə buna müşahidə kameraları və ərazidə xidmət aparan polislər diqqət edəcək. Baş dövlət yol polis idarəsinin Siqnal idarəsinin əməkdaşları zolağın yük avtomobillərinə qadağanın edilməsi ilə bağlı nişanlar qoyub. Digər nişanlar isə sökülür. Gün boyu paytaxtın Ziya Bünyadov, Atatürk və Tbilisi prospektlərində yol nişanlarının söküntüsü və yenisinin qoyulması davam etdirilib.
Oyunlar öncəsi rayon qeydiyyatlı avtomobillərin şəhərə buraxılmasına qoyulan məhdudiyyət isə qüvvədə qala bilər. Baş dövlət Yol polis İdarəsidən bildirilib ki, Bakıda nəqliyyat vasitələrinin sıxlığının qarşısını almaq üçün Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən tədbirlər planı hazırlanır. Müvafiq qərar qəbul edilənədək rayon qeydiyyatında olan avtomobillərin paytaxt ərazisinə daxil olmasına tətbiq edilən məhdudiyyət qüvvədə qalacaq.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR