Abdullah Gül Sorosun anti-AKP planında – ŞOK İDDİA
Bizi izləyin

Dünya

Abdullah Gül Sorosun anti-AKP planında – ŞOK İDDİA

Türkiyənin 11-ci prezidenti Abdullah Gülün Almaniyanın paytaxtı Berlində Soros fondu tərəfindən maliyyələşən “Bertelsmann” xeyriyyə cəmiyyətinin toplantısına qatılması və burada bir neçə tanınmış dünya siyasətçiləri ilə görüşməsi faktı üzə çıxıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Berlində təşkil olunan qapalı toplantıda Abdullah Güllə yanaşı, ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt, Almaniyanın sabiq xarici işlər naziri Yoşka Fişer, Türkiyənin sabiq iqtisadiyyat naziri Kamal Dərviş də olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxın olan “Yeni Çağ” qəzeti isə iddia edib ki, qapalı toplantıda AKP əleyhinə müzakirələr aparılıb. Qəzetin yazdığına görə, sabiq prezident A.Gülün Berlinə səfəri çərçivəsində Almaniyanın hazırkı xarici işlər naziri Frank-Valter Steinmeier ilə də təkbətək görüşü olub.

Xatırladaq ki, İsrailə bağlı olan “Bertelsmann” xeyriyyə cəmiyyəti hazırda nüfuzlu “Der Spiegel” jurnalı da daxil olmaqla 63 ölkədə oxşar nəşrlər hazırlayır. Bundan əlavə, cəmiyyət dünya ölkələrinin iqtisadi göstəricilərindən bəhs edən hesabatlar hazırlayır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm