Dünya
Azərbaycanlılar Qarabağa kiber hücuma keçdilər - Foto
Bu gün axşam saatlarında Azərbaycanın “Anti-armenia team” haker qrupu separatçı “Dağlıq Qarabağ respublikası”na qarşı kiber hücum həyata keçirib.
Axar.az xəbər verir ki, bu barədə məlumat “Anti-armenia Team” haker qrupunun Feysbuk səhifəsində yerləşdirilib. Hücum nəticəsində qondarma rejimin bir sıra nazirliklərinin rəsmi saytı sıradan çıxarılıb. Sözügedən saytlarda haker qrupu tərəfindən hazırlanmış xüsusi foto yerləşdirilib. Fotoda son günlər cəbhə xəttində şəhid olan əsgərlərimizin adları və Ermənistan prezidenti Serj Sarkisyana ünvanlanmış müraciət yer alıb:
“Ey Sarkisyan! Bu gün erməni diverstant diz çökür qəhrəmanımın, əsgərimin önündə. Az qalıb, sən də diz çökəcəksən Ali Baş Komandanımın, əsgərimin, zabitimin, Azərbaycan xalqının önündə!”
Sıradan çıxarılmış saytlarda Azərbaycan Respublikasının Dövlət Himni də səsləndirilib.
Xatırladaq ki, eyni qrupun hakerləri tərəfindən bir neçə gün əvvəl də Ermənistan prezidentinin rəsmi saytı (president.am) başda olmaqla, bir sıra dövlət saytları dağıdılmışdı. Bütün əlavə məlumatlar “Anti-armenia Team” haker qrupunun rəsmi saytı və Feysbuk səhfəsində yerləşdirilib.
Sıradan çıxarılmış saytlar:
http://moh.nkr.am/ (Qondarma rejimin səhiyyə nazirliyi)
http://mnp.nkr.am/ (Qondarma rejimin ekologiya və təbii sərvətlər nazirliyi)
http://kashaman.moh.nkr.am/ (Qondarma rejimin ekologiya və təbii sərvətlər nazirliyi)
Mirror görüntüləri:
http://www.zone-h.org/mirror/id/22777316
-
Dünya21:25
Baş naziri güllələyən yazıçının oğlundan ETİRAF
-
Magazin120:05
Çingiz Mustafayevin toyu olacaq
-
Dünya19:20
Slovakiya Baş nazirinə sui-qəsd edən şəxs yazıçı imiş - YENİLƏNDİ
-
Ekologiya18:30
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
-
Kriminal17:24
Gözəllik salonunda işləyən qadınların başına taksidə görün nə iş gəldi: Biri öldü - VİDEO
-
Sosial17:00
Erməni separatçıların həbs müddəti uzadıldı
-
Dünya16:30
4 gün iş, 3 gün tətil: Milyonlarla işçinin həyatı dəyişəcək
-
Cənubi Qafqaz16:01
Ermənilər Nikolun yerində kimi görür? - Sorğuda Vardanyanın da adı çıxdı