ABŞ
Tramp silah mafiyasına müharibə ELAN ETDİ
ABŞ yarımavtomatik silahları avtomatik silahlara çevirən aparatların istifadəsini qadağan edib.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
O bildirib ki, məsələ ilə bağlı Ədliyyə Naziriliyinə tapşırıq verib.
“Barak Obama yarımavtomatik silahları avtomatik silahlara çevirən aparatların istifadəsini qanuniləşdirmişdi. Pis fikirdir. Söz verdiyim kimi, bu gün Ədliyyə Nazirliyi bu aparatların qadağan olunması haqqında açıqlama verəcək. Qanuni silahları qeyri-qanuni avtomatik silahlara çevirən bütün aparatları qadağan edəcəyik”.
Qeyd edək ki, Trampın tvitindən sonra ABŞ Ədliyə nazirliyi yazılı bəyanat yayaraq, bu aparatların istifadəsini qadağan etdiyini və həmin aparatların “tam avtomatik silah hissəsi” adlandıraraq satışını qadağan etdiyini bildirib.
Nyu York olmaqla, ABŞ-ın bir çox ştatında yüzminlərlə insan küçələrə axışaraq, ölkədə silah satışının məhdudlaşdıran yeni qərarların verilməsini tələb edib. Məlumata görə, Florida ştatında məktəbə 17 nəfərin həyatını itirməsi ilə nəticələnən silahlı hücumdan sonra başlayan silah satışının məhdudlaşdırılması ilə bağlı kampaniya yenidən gündəmə gəlib. ABŞ-ın bir çox yerində təşkil edilən aksiyalara məşhur “Bitlz” qrupunun üzvü Pol Makkartni də qoşulub. O, 1980-ci ildə silahlı hücum zamanı ölən ingilis musiqiçi Con Lennonun Nyu Yorkda qaldığı otelin qarşısında “Silah şiddətinə son qoya bilərik" sözləri yazılan köynəyi ilə aksiya iştirakçılarına dəstək verib.
Yalnız Vaşinqtondakı aksiyaya yarım milyondan çox insanın qatılacağı bildirilib.
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ