ABŞ
Trampın İranla bağlı qərarı MƏLUM OLDU: saat 22:00-da….
ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı üzrə Birgə hərtərəfli iş Planından çıxmağa köklənib.
Publika.az xəbər verir ki, bu haqda avropalı diplomatlara istinadən “The New York Times” qəzeti bildirib.
Onların məlumatlarına görə, Tramp Almaniya, Fransa və Böyük Britaniyanın liderlərini onlarla danışıqların gedişatında bu barədə xəbərdar edib. Bundan başqa, Avropa liderləri İrana qarşı əlavə sanksiyaların tətbiq ediləcəyi barədə məlumatlandırılıb.
Qeyd edək ki, Tramp bu gün yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə 22:00-da –red.) Ağ Evdə Birgə hərtərəfli iş Planı Haqqında öz qərarını elan edəcək.
Qeyd edək ki, İran və “altılıq” adlanan beynəlxalq vasitəçilərdən ibarət qrup (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa və Almaniya) 14 iyul 2015-ci ildə İranın atom probleminin nizama salınması haqqında tarixi razılaşmaya nail olub və Birgə hərtərəfli iş Planı qəbul edilib. Plan BMT-nin Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən qəbul edilmiş iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tutur.
Donald Tramp sazişi “ölkə tarixinin ən pis razılaşması” adlandırıb. O iddia edir ki, saziş İran tərəfindən nüvə silahının yaradılması imkanını tamamilə aradan qaldırmır.
Ömər Dağlı
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü