Merkel: "ABŞ əvvəlki kimi qüdrətli deyil"
Bizi izləyin

ABŞ

Merkel: "ABŞ əvvəlki kimi qüdrətli deyil"

"Amerika artıq bizi qoruyacaq qüdrətdə deyil, Avropa ABŞ-a ümid bəsləyərək səhvə yol verəcək"

Publik.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel ABŞ-ın İranla bağlanmış nüvə sövdələşməsindən çıxmasını şərh edərkən deyib. O bildirib ki, Avropa öz taleyini özü həll etməlidir: "Biz İranla Almaniya arasında imzalanan nüvə sazişinin şərtləri üzrə hərəkət edəcəyik. Bu, bizim gələcəyə olan vəzifəmizdir".

Kansler onu da əlavə edib ki, ABŞ-ın sövdələşmədən çıxması onlar üçün böyük əhəmiyyət kəsb edir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iyunun 8-də ABŞ-ın nüvə sazişindən çıxdığını bəyan etmişdi.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm