Bu əraziyə girən və foto çəkdirənlərə AĞIR CƏZA
Bizi izləyin

ABŞ

Bu əraziyə girən və foto çəkdirənlərə AĞIR CƏZA

Havay adalarında Kilauea Yanardağından püskürən vulkanı izləmək istəyən və fotosunu çəkmək üçün qadağan edilmiş bölgələrə girən onlarla insan saxlanılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, lavaların okeana çatdığı adada polis barrikadaları qurulub. Təhlükəli vəziyyətə baxmayaraq, əraziyə qanunsuz olaraq girmək istəyənlər var.

Ölkənin Ərazi və Təbii Sərvətlər Dairəsi partlayışlar başlayandan bu vaxta qədər 40 nəfərin saxlanıldığını bildirib. Bu səbəbdən əraziyə yaxınlaşanlara qarşı cəzaların sərtləşdirilməsi təklif edilir. Təxliyə işlərinin aparıldığı bölgələrdə saxlanılanlara 5 min dollar cərimə və 1 ilə qədər həbs cəzası veriləcək.

Qeyd edək ki, təhlükəsizlik əməkdaşları bu vaxta qədər ərazidən 2 minə yaxın insanı təxliyə edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm