Kriminal
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, bir neçə ay əvvəl Binəqədi Rayon Məhkəməsinin Abdulla Rəhimov barəsindəki bəraət hökmü ləğv edilib.
Bakı Apellyasiya Məhkəməsi Abdullanın Cinayət Məcəlləsinin 152.1-ci, yəni 16-yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi üzrə təqsirli bilinməsinə qərar verib. Onun barəsindəki bəraət hökmü ləğv edilib və 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Abdulla Rəhimov məhkəmə zalında həbs olunub.
Araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı 15 yaşı olan Selena (şərti adlı) həmin gün evdən qaçıb və “Dəniz Mall”a gedibmiş. Burada Abdulla onu görərək yaxınlaşıb və tanış olub. Evakuator sürücüsü olan şəxs gecə saat 2 radələrində yeniyetmə qızı Binəqədi rayonu ərazisində yerləşən “Lake” adlı hotelə aparıb və orada intim münasibətdə olub. Bundan sonra Abdulla yeniyetmə qızı 6 gün özü ilə saxlayıb və iş vaxtı evakuatorda əyləşdirib.
Yeniyetmənin anasının polisə şikayət etməsindən sonra qız itkin kimi axtarılaraq tapılıb və ailəsinə qaytarılıb.
Taleh
-
Avropa14:45NATO-dan Rusiyaya mesaj: Son 20 ilin ən böyük hava-desant əməliyyatı keçirildi
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Güllə yarası alan reper öldü - İntihar edib?
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO




































