Trampın fərmanı zibil qutusuna atıldı – Miqrantlarla bağlı İYRƏNC PLAN
Bizi izləyin

ABŞ

Trampın fərmanı zibil qutusuna atıldı – Miqrantlarla bağlı İYRƏNC PLAN

ABŞ Hərbi Dəniz Qüvvələrinin Kaliforniya, Alabama və Arizona ştatlarında yerləşən istifadəsiz hərbi bazaların on minlərlə miqrant üçün düşərgələrin inşası planını hazırlayır.

Publika.az xəbər verir ki, bu haqda “Time” jurnalı bildirib.

Nəşrin əlinə keçən sənədə görə, Alabama ştatında 25 min, San-Fransisko və Cənubi Kaliforniyada isə 47 min miqrant üçün müvəqqəti düşərgələrinin tikintisi planlaşdırılır. Daha bir düşərgənin isə Arizona ştatında Yuma şəhərinin yaxınlığında dəniz piyada qoşununun aerodromunda tikilməsi nəzərdə tutulur.

Amerika KİV-inin yazdığına görə, sərhədin qanunsuz keçidinə “sıfır dözüm” siyasəti nəticəsində aprel ayından indiyə kimi ən azı 2,3 min uşaq valideynlərindən götürülərək başqa düşərgələrdə yerləşdirilib. İctimaiyyətin təzyiqləri nəticəsində ABŞ prezidenti Donald Tramp iyunun 20-də imzaladığı miqrasiya fərmanı ilə uşaqları valideynlərdən ayırmamaq barədə göstəriş verib. Ancaq hazırda uşaqların taleyinin necə olacağı, onların ailələrinə verilib-verilməyəcəyi məlum deyil.

“New York Times” nəşrinin məlumatına görə, fərmana baxmayaraq, ABŞ-ın Səhiyyə Nazirliyi və Pentaqon hərbi bazalarda valideynlərin müşayiəti olmadan 20 min uşaq miqrantı yerləşdirmək üçün yerlər hazırlayırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm