ABŞ bu əməlinə görə İranı CƏZALANDIRDI
Bizi izləyin

ABŞ

ABŞ bu əməlinə görə İranı CƏZALANDIRDI

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirmək qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Sanksiyalar İranın pilotsuz uçuş aparatları proqramı ilə əlaqəli bir neçə İran gəmisinə, şirkətlərinə və fiziki şəxslərə zərbə vurub. Bu, aprelin 13-də İsrailə hücumuna görə Tehranı cəzalandırmaq cəhdinin son addımdır.

Xəzinədarlıq Departamentinin məlumatına görə, sanksiyalar xüsusilə, İran mallarını Çin, Rusiya və Venesuelaya satmaq üçün "Sahara Thunder" qlobal gəmiçilik şəbəkəsinə zərbə vuracaq.

Qeyd edilib ki, şirkət Rusiyada da fəaldır və burada 1,75 milyard dollarlıq müqavilə əsasında dron istehsalı zavodunun qurulmasına kömək etdiyi iddia edilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm