ABŞ
ABŞ bu silahı gizli şəkildə Ukraynaya göndərib
Birləşmiş Ştatlar son həftələrdə - Konqres əlavə yardımı təsdiq etməzdən əvvəl gizli şəkildə Ukraynaya artıq Rusiya hədəflərinə qarşı istifadə edilmiş uzunmənzilli ATACMS raketlərini göndərib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” vəAP anonim amerikalı məmura istinadən məlumat yayıb.
Xəbər agentliklərinin məlumatına görə, ATACMS ABŞ prezidenti Co Baydenin 2024-cü ilin martında təsdiqlədiyi Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketinin bir hissəsi olub.
Mənbə əlavə edib ki, Ukrayna tərəfi bu raketləri ilk dəfə aprelin 17-də səhər saatlarında Ukraynanın cəbhə xəttindən təxminən 165 kilometr aralıda Krımdakı Rusiya aerodromunu vuraraq istifadə edib.
Pentaqon ABŞ-ın döyüş hazırlığına zərər vuracağı və ya Ukraynanın Rusiya daxilindəki hədəfləri vurmaq üçün onlardan istifadə edəcəyi ilə bağlı narahatlıqlarına görə Kiyevə ATACMS verilməsinə ilkin olaraq qarşı idi.
Lakin Vaşinqtonun xəbərdarlığına baxmayaraq, Rusiyanın Şimali Koreyanın ballistik raketlərindən istifadə etməsi və Ukraynanın kritik infrastrukturuna hücumu Ağ Evin fikrini dəyişdirib.
Tural
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”