Tramp Putinlə görüşdən DANIŞDI: "Həyatım boyunca buna hazırlaşmışam"
Bizi izləyin

ABŞ

Tramp Putinlə görüşdən DANIŞDI: "Həyatım boyunca buna hazırlaşmışam"

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Finlandiyanın paytaxtı Helsinkidə araya gələcəyi görüş haqqında maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, Donald Tramp bütün həyatı boyunca bu görüşə hazırlaşdığını etiraf edib.

ABŞ prezidenti açıqlamasında bu ifadələrə yer verib: “Putin yaxşı şəkildə hazırlaşıb. Mən hazır olacağammı? Tamamilə hazıram. Bu şey üçün həyatım boyunca hazırlıq gördüm. Putin ilə yaxşı bir görüş gerçəkləşdirəcəyimizə inanıram. Rusiya da daxil, bütün ölkələrlə yaxşı münaibətlərə sahib olmaq gözəl hissdir və Putin yaxşı insandır. Mənə güvənin. Sadəcə yaxşı şeylər edəcəyik və bəlkə, yaxşı bir münasibət də qura bilərəm”.

Qeyd edək ki, Trampla yanaşı, Finlandiya da 16 iyulda keçiriləcək bu görüşə özəl olaraq hazırlaşır. Ölkədə zirvəyə özəl pivə istehsal edilib və yaxın günlərdə satışa çıxarılacaq. Dünya miqyasında sülhə fayda vermək istəyən şirkət məhdud sayda istehsal edilən pivənin etiketi üzərində iki liderin çətin qərarlar qəbul etməsinə dair mesajlar verəcək və “bunu iki mədəni insan kimi həll edək” cümləsini yazacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm