Region
Gürcüstanda "qırmızı səviyyə" elan olundu - YENİLƏNDİ
Gürcüstan parlamenti təhlükəsizlik səviyyəsini qırmızı elan edib.
"Parlamenti sədrinin “Gürcüstan Parlamentinin Sarayında Təhlükəsizlik Qaydalarının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq, mayın 1-də saat 23:00-dan Gürcüstan Parlament Sarayında qırmızı təhlükəsizlik səviyyəsi qüvvəyə minib.
Parlament Sarayında insanların həyatı və sağlamlığı üçün təhlükə yaradan hücumla əlaqədar olaraq qırmızı təhlükəsizlik səviyyəsi elan edilib", - məlumatda qeyd olunub.
Digər tərəfdən, Daxili İşlər Nazirliyi hadisələrlə bağlı brifinq keçirib. Nazirliyin nümayəndəsi Aleksandre Darakvelidze brifinqdə polisin yalnız gözyaşardıcı qaz və su şırnağından istifadə etdiyini, etirazçılara qarşı rezin güllələrdən istifadə olunmadığını billdirib.
O, nümayişçilərin polisə qarşı gözyaşardıcı qazdan istifadə etdiyini diqqətə çatdırıb. Darakvelidzenin sözlərinə görə, adi mağazadan əldə etmək mümkün olmayan gözyaşardıcı və boğucu qazı etirazçıların haradan tapdığı araşdırılır.
***
Gürcüstan parlamentinin həyətində səfərbər olunmuş Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları qanunverici orqanın xidməti girişinin qapılarını silkələməyə çalışan etirazçılara qarşı su və bibər qazından istifadə ediblər.
Publika.az TASS-a istinadən xəbər verir ki, polis daha sonra etirazçılara qarşı rezin güllələrdən istifadə edib.
Aksiyaçılar arasında yaralananlar var.
***
Gürcüstanda parlament binası yaxınlığında "Xarici agentlər haqqında" qanun layihəsinə qarşı etiraz aksiyasının iştirakçıları Tbilisinin mərkəzi küçələri ilə yürüş təşkil ediblər.
Publika.az xəbər verir ki, etirazçılar parlamentin, hökumət evinin, Xarici İşlər Nazirliyinin yerləşdiyi Tbilisinin Mtatsminda rayonundan keçərək Azadlıq meydanı istiqamətində hərəkət ediblər.
Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı bəyanata görə, qurum rəhbərliyi parlament binası ətrafından xüsusi təyinatlıları və polisi çıxarıb.
Qeyd edək ki, bu gün Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı


















.jpg)


.jpg)


.jpg)
.jpg)









.jpg)


