ABŞ
Trampdan Rusiya ilə bağlı ŞOK ETİRAF
ABŞ prezidenti Donald Tramp 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi ittihamlarının müddəalarını qəbul etməyə başlayıb.
Publika.az xəbər verir ki, Tramp oğlunun Kremllə əlaqələri olan vəkil Nataliya Veselnitskaya ilə Hillari Klintondan bilgi almaq üçün görüşdüyünü etiraf edib.
Lakin ABŞ prezidenti görüşün qanuni olduğunu bildirib. Donald Tramp hələ də Rusiya ilə prezident seçkilərində qalib gəlmək üçün hər hansı əməkdaşlıq etmədiyini deyir və məsələ ilə bağlı açılan istintaqı “tarixdəki ən böyük siyasi cadugər ovu” adlandırıb. Rusiya da Trampın ifadələrinə şərik çıxır və Demokratlar partiyasının lideri Hillari Klintonun məğlub olmasında heç bir rolları olmadığını bildirir.
Nə baş vermişdi?
Aralarında “Vaşinqton Post”, CNN və “Assoşieyted Press” xəbər agentliklərinin də olduğu Amerika mediası fərqli qaynaqlara istinadən prezident Trampın oğlunun 9 iyun 2016-cı ildə rusiyalı vəkillə görüşdüyünü və bu görüşün onun başına bəla olacağını xəbər vermişdi. Tramp isə paylaşdığı tvitində xəbərin saxta olduğunu, oğlunun bir rəqib haqqında bilgi almaq üçün Nataliya Veselnitskaya ilə görüşdüyünü açıqlamışdı. Həmçinin, görüş haqqında bilgisinin olmadığını qeyd etmişdi.
Görüş “Nyu York Tayms” tərəfindən ilk dəfə xəbər veriləndə Trampın oğlu vəkillə görüşdə amerikalıların rusiyalı uşaqları qəyyumluğa götürmə ilə bağlı təxirə salınan proqramı haqqında müzakirə apardıqlarını bildirmişdi. Ancaq daha sonra Hillari Klinton haqda zərərli bilgilər almaq üçün görüşdüyünü etiraf etmişdi.
Amerikalı siyasətçilərin seçki kampaniyaları zamanı rəqibləri haqqında araşdırma aparması tez-tez rast gəlinən durumdur. Ancaq Trampın oğlunun xarici bir hökumət və ya şəxsdən bilgi almaq cəhdini seçki kampaniyasının qaydalarını pozmaq kimi dəyərləndirir. ABŞ prezidentinin kabineti isə kişik Trampın Klinton haqqında zərərverici bilgi almadığını iddia edir.
Zümrüd
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?