Sui-qəsdə məruz qalan prezidentdən KRİTİK AÇIQLAMA: "ABŞ-ın Federal Təhqiqatlar Bürosu..."
Bizi izləyin

ABŞ

Sui-qəsdə məruz qalan prezidentdən KRİTİK AÇIQLAMA: "ABŞ-ın Federal Təhqiqatlar Bürosu..."

Venesuela prezidenti Nikolas Maduro ötən həftə ona qarşı qurulan sui-qəsdlə bağlı kritik qərar qəbul edib.

Publika.az xəbər verir ki, Maduro ABŞ-ın Federal Təhqiqatlar Bürosunun sui-qəsdlə bağlı istintaqa qoşulmasına icazə verə biləcəyini deyib.

BBC-nin xəbərinə görə, Venesuela liderinin sui-qəsd cəhdilə əlaqəsi olduğunu düşündüyü şəxslər Floridaya, Peruya və Kolumbiyaya qaçıb. Əgər ABŞ FTB ilə əməkdaşlıq təklif edərsə, bu təklifi qəbul edəcəyini bildirib.

Maduro sui-qəsdin çox sayda venesuelalının qaçqın kimi yaşadığı ABŞ-ın Florida ştatında planlandığını deyib və bu ştatdakı “terror hüceyrələrinin” yox edilməsinin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Nikolas Maduro ötən həftə paytaxt Karakasda bir mərasimdə çıxış edərkən bomba yüklü iki dron vasitəsilə ona qarşı sui-qəsd təşkil edilmiş, lakin sui-qəsd cəhdinin qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alınmışdı. Hadisə nəticəsində 7 hərbçi yaralanmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm