Söz verirəm ki… - Trampdan ABŞ və Rusiyaya GÖZDAĞI
Bizi izləyin

ABŞ

Söz verirəm ki… - Trampdan ABŞ və Rusiyaya GÖZDAĞI

ABŞ prezidenti Donald Tramp ölkənin hərbi-kosmik güclərini inkişaf etdirməyə çağırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Tramp rəqiblərin artıq kosmosun hərbiləşdirilməsinə başladıqlarını bildirib.

“Amerikanın hərbi üstünlüyünü saxlamaq üçün hər şeydə irəlidə olmalıyıq. Bizim rəqiblərimiz artıq kosmosun hərbiləşdirilməsinə başlayıblar. Həmin ölkələr bu istiqamətdə çox irəliləyiblər. Amma söz verirəm ki, çox tezliklə onlara çatacağıq və qabaqlayacağıq”, - Ağ Evin başçısı Nyu-York ştatında hərbi bazada çıxışında deyib.

Qeyd edək ki, iyunda ABŞ prezidenti Silahlı qüvvələrin yeni növü kimi Kosmik güclərin yaradılması barədə sərəncam verib. Kaliforniya ştatında təyyarə bazasında dəniz piyadaçıları qarşısında çıxış edən prezident vurğulayıb ki, ABŞ-ın yeni milli kosmik strategiyasıyla kosmos quru, hava və dəniz kimi hərbi hərəkətlərin zonası tanınıb.

Bu günlərdə isə ABŞ-ın vitse-prezidenti Mayk Pens Müdafiə Nazirliyində (Pentaqon) çıxışında bildirib ki, Rusiya və Çin kosmik məkanı hərbi hərəkət teatrına çevirərək burada hərbi imkanları gücləndirir. Onun sözlərinə görə, bu gün başqa ölkələr kosmosda yerləşən Amerika sistemlərini heç vaxt olmadığı qədər pozmağa və kosmosda ABŞ-ın liderliyinə son qoymağa çalışırlar. Vitse-prezident qeyd edib ki, ABŞ onlara güzəşt etməyəcək.

“Biz Trampın rəhbərliyi altında ölkəmizi müdafiə edəcəyik və həm dünya, həm də kosmosda dinc bir gələcək quracağıq. Tarix sübut edir ki, sülh güc vasitəsilə gəlir”, - o vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm