Tramp daha bir bombanı partlatmağa HAZIRLAŞIR
Bizi izləyin

ABŞ

Tramp daha bir bombanı partlatmağa HAZIRLAŞIR

ABŞ Ümumdünya Ticarət Təşkilatından çıxa bilər.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu haqda “Blomberg” agentliyinə müsahibəsində bildirib.

“Əgər onlar öz işini yaxşılaşdırmasa, mən Ümumdünya Ticarət Təşkilatından çıxacağam”, - Tramp deyib.

Onun sözlərinə görə, Ümumdünya Ticarət Təşkilatı uzun illər boyunca ABŞ-la “çox pis” davranıb. Tramp təşklatın dəyişməli olduğunu vurğulayıb.

Xatırladaq ki, iyulun əvvəlində “Axios” portalının yazdığına görə, Donald Tramp administrasiyası Konqresə qanun layihəsini təqdim etməyə hazırlaşır. Qanun layihəsi Vaşinqtona Ümumdünya Ticarət Təşkilatının tələblərinə məhəl qoymamağa imkan verəcək.

Qanun layihəsi qəbul ediləcəyi halda, ABŞ prezidentini Konqresin razılığı olmadan və təşkilatın baza prinsiplərinə məhəl qoymadan birtərəfli qaydada idxal mallarına rüsumları tətbiq etmək hüququna malik olacaq. Konqresdəki mənbə qeyd edib ki, sənədin qəbulu ABŞ-ın Ümumdünya Ticarət Təşkilatından çıxışına bərabərdir.

Üç həftə əvvəl Tramp Avropa Komissiyasının başçısı Jan-Klod Yunkerlə danışıqlardan sonra bildirmişdi ki, ABŞ və Avropa İttifaqı təşkilatda islahatların aparılması üzərində işləyəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm