Rusiya Qərbdə lazımi dəstəyi ala bilmədi - ABŞ və 4 ölkə birləşib Krımın...
Bizi izləyin

ABŞ

Rusiya Qərbdə lazımi dəstəyi ala bilmədi - ABŞ və 4 ölkə birləşib Krımın...

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi təmsilçisi Nikki Heyli Rusiya-Ukrayna gərginliyinə dair sərt bəyanatla çıxış edib.

Publika.az xəbər verir ki, Heyli Rusiyanın Ukraynanın Kerç boğazından qanuni keçidinin əngəlləməsinin beynəlxalq hüququ pozduğunu bildirib.

BMT Təhlükəsizlik Şurasının Azov böhranı ilə bağlı təcili toplantısında çıxış edən ABŞ təmsilçisi bu hüquq pozuntusunun beynəlxalq ictimaiyyət tərəfindən qınanmasını istəyib.

Qeyd edək ki, Rusiyanın müharibə gəmiləri Azov dənizinin Krım sahillərində ölkənin su sərhədini pozması iddiası ilə Ukraynanın müharibə gəmilərinə atəş açmışdı. BMT-nin Təhlükəsizlik Şurası da məhz bu böhranı müzakirə etmək üçün təcili toplanmışdı. Lakin Rusiya sərhədlərinin pozulması iddiası ilə toplantıya çağırdığı 15 üzvlü toplantıda lazım olan 9 üzvün dəstəyini ala bilməyib. Buna görə də toplantı “Azov dənizində Ukrayna-Rusiya gərginliyi” başlığı ilə keçirilib.

ABŞ təmsilçisi İngiltərə, Hollandiya, Polşa və İsveç adına açıqlama verib. O, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm