ABŞ
Polisin törətdiyi daha bir qətl ABŞ-ı silkələdi: “Nəfəs ala bilmirəm...”
ABŞ-ın Ohayo ştatında polis tərəfindən zorakılıqla saxlanılan 53 yaşlı Frank Tayson adlı şəxsin polis zorakılığı nəticəsində öldüyü məlum olub. Əlləri arxadan qandallı ikən polislər kişinin boynunu sıxaraq boğulmasına səbəb olublar.
Publika.az xəbər verir ki, aprelin 18-də Ohayo ştatının Kanton bölgəsində yol qəzasından qaçdığı iddia edilən qaradərili amerikalının polis zorakılığı nəticəsində ölməsinin görüntüləri bu gün ictimaiyyətə açıqlanıb.
Hadisəyə müdaxilə edən polis məmurlarının dəbilqə kameralarından lentə alınan görüntülər sosial mediada sürətlə yayılıb və 2020-ci ildə polis zorakılığı nəticəsində dünyasını dəyişən qaradərili amerikalı Corc Floydun ölümü ilə müqayisə edilib.
Üzü üstü yerə uzanmış, əlləri qandallı olan qaradərili amerikalının boynunu polis dizi ilə sıxıb. Onun dəfələrlə “nəfəs ala bilmirəm” dediyi anlar lentə alınıb.
Bir neçə dəqiqədən sonra polis hərəkətsiz qalan qaradərili şəxsin sağ olub-olmadığını yoxlayır, Taysonun nəfəs almadığını anlayır və ürək masajı etməyə başlayır. Sonra onu təcili yardım maşını ilə xəstəxanaya aparırlar.
Polisin verdiyi məlumata görə, Tayson xəstəxanada dünyasını dəyişib və hadisədə iştirak edən polis əməkdaşları istintaqa təhvil verilib.
Aysel
-
Magazin110:00
Mehin aldığı ən bahalı hədiyyədən danışdı: yaşadığım evi... - VİDEO
-
Ekopublika.az09:25
Dünyanın ən varlı və yoxsul ölkələrinin YENİ SİYAHISI
-
ABŞ09:00
İsrail "qırmızı xətt"i keçəcək? - Bunu edərsə, ABŞ silah tədarükünü dayandıracaq
-
Dünya08:30
Belqorod atəşə tutuldu: yaralılar var
-
Sağlamlıq07:55
Banan, pomidor, xiyar... – Səhərlər bunları yeməyin!
-
Magazin106:49
“Deputat olmaq fikrim var idi” - Rasim Balayev
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO