ABŞ
Donald Trampın ilk rəqibi bəllidir: Prezident seçkilərində qadın namizəd
2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərinin ilk namizədi bəllidir.
Publika.az xəbər verir ki, bu, Demokratlar Partiyasının liderlərindən biri, Massaçustes ştatının senatoru Yelizaveta Uarrendir.
Onun namizədliyi məsələ ilə bağlı qurduğu araşdırma komitəsinin sosial media hesabı vasitəsilə elan edilib. O, mövzu il bağlı video paylaşıb və “Bu, savaşdığım Amerikadır. Buna görə də bu gündən prezidentlik üçün araşdırma komitəsi qururam” deyib.
Bir digər namizədin isə hazırkı prezident Donald Trampın oğlu olması ehtimal edilir.
Qeyd edək ki, Yelizaveta Uarren 2016-cı ildəki president seçkiləri zamanı Donald Trampla tez-tez mübahisələr yaşayırdı. Onların arasında keçən DNT mübahisəsi ABŞ gündəmini xeyli məşğul etmişdi. Tramp Uarrendən DNT testi etdirərək amerikalı olduğunu sübut etməsini tələb etmişdi. Bunu edəcəyi təqdirdə isə ən sevdiyi xeyriyyə fonduna 1 milyard dollar bağışlayacağına söz vermişdi.
Bu tələbdən sonra Uarren DNT testi etdirib amerikalı olduğunu isbatlasa da, Tramp testin saxta olduğunu iddia etmişdi.
Tramp onun prezidentliyə namizəd olması məsələsinə isə belə fikir bildirmişdi: “Ümid edirəm, prezidentlik üçün yarışar. Çünki çox asan rəqibdir. Çətin olacağını düşünmürəm”.
Zümrüd
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO