ABŞ və İsraildən gözlənilməz ortaq addım: Bu ildən etibarən rəsmi şəkildə...
Bizi izləyin

ABŞ

ABŞ və İsraildən gözlənilməz ortaq addım: Bu ildən etibarən rəsmi şəkildə...

ABŞ və İsrail Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Qurumundan (United Nations Educational, Scientific and Cultural Organization -UNESCO) rəsmi şəkildə ayrılıb.

Publika.az xəbər verir ki, buna səbəb iki ölkə ilə UNESCO arasında münasibətlərin gərginləşməsi olub.

Daha öncə UNESCO-nun Fələstin haqqında verdiyi bəzi qərarlar ABŞ və İsraili qəzəbləndirmiş və bu ölkədən gələn yardımlar kəsilmişdi. Bu qərarda da qurumun İsrailə qarşı davranışının təsiri olduğu görünür.

UNESCO Fələstinin ƏL-Xəlil şəhərindəki “Köhnə şəhəri” dünya mirası siyahısına salmışdı. İsraili işğalçı dövlət kimi göstərən bu qərar layihəsi səsvermədən keçərək qəbul edilmişdi. UNESCO-nun Fələstini tam üzv olaraq qəbul etməsi ABŞ-ı da hiddətləndirmişdi. ABŞ UNESCO-ya illik payı olan 80 milyon dolları ödəmədiyi üçün səs haqqını itirmişdi. Bu isə qurumun büdcəsinin 22%-i deməkdir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm