Konqresin ilk günü Trampa ŞOK YAŞATDILAR - Vəzifəsindən gedəcək
Bizi izləyin

ABŞ

Konqresin ilk günü Trampa ŞOK YAŞATDILAR - Vəzifəsindən gedəcək

ABŞ-ın 116-cı dönəm Konqresi rəsmən işinə başlayıb.

Publika.az xəbər verir ki, 6 noyabr aralıq seçkilərində qalib gələn Nümayəndələr Palatası və Senat üzvləri and içərək vəzifələrinin başına keçib.

Demokratlar Partiyasından olan senator Nensi Pelosi Nümayəndələr Palatasının sədri seçilib.

Həmçinin, Demokratlar Partiyasının digər üzvü olan senator Bred Şerman ABŞ prezidenti Donald Trampın vəzifəsindən uzaqlaşdırılması üçün qanun layihəsi tərtib edəcəyini açıqlayıb.

“The Los Angeles Times” qəzetinin xəbərinə görə, Trampa qarşı sabiq FTB prezidenti Ceyms Kaminin vəzifəsindən qovulması da daxil olmaqla, bir çox ittiham irəli sürüləcək. Xəbərə görə, Donald Tramp hər gün Ağ Evdən ayrılmasının ABŞ üçün daha yaxşı qərar olacağını sübut edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm