Ərdoğan Trampa telefonda nələr dedi? - Ağ Ev AÇIQLADI
Bizi izləyin

ABŞ

Ərdoğan Trampa telefonda nələr dedi? - Ağ Ev AÇIQLADI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Trampın telefon danışığı ilə bağlı Ağ Evdən yazılı açıqlama gəlib.

Publika.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Sarah Sanders Ərdoğanın Donald Trampa Münbiçdəki silahlı hücumda həlak olan amerikalı əsgərlər üçün başsağlığı verdiyi bildirilib.

“Prezident Tramp Suriyada qalan terror təşkilatlarının məğlub edilməsinin əhəmiyyətin vurğuladı. İki lider Suriyanın şimal-şərqinə dair qarşılıqlı olaraq təhlükəsizliklə bağlı narahatlıqlarını dilə gətirdi. Onlar məsələnin həll yollarını axtarmağa davam etmək mövzusunda razılıq əldə etdi. Bundan başqa, ABŞ və Türkiyə arasında ticarət münasibətlərinin genişləndirilməsinin hər iki ölkənin yararına olacağı vurğulandı”,- Sanders açıqlamasında qeyd edib.

Qeyd edək ki, iki lider dünən axşam telefonda Suriyadakı son hadisələri və gələcək planlarını müzakirə edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm