ABŞ Tripoliyə hücumun dayandırılmasını tələb etdi
Bizi izləyin

ABŞ

ABŞ Tripoliyə hücumun dayandırılmasını tələb etdi

ABŞ Dövlət Departamenti Xəlifə Haftardan Liviya paytaxtı Tripoliyə hücuma son qoyulmasını tələb edib.

Publika.az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib.

Onun sözlərinə görə, ölkədə vəziyyətin sabitləşdirilməsində bütün tərəflər məsuliyyət daşıyır:

"Tripoliyə birtərəfli hərbi hücum mülki vətəndaşların həyatını təhlükəyə atmaqla yanaşı, liviyalıların xoşbəxt gələcəyinə olan perspektivləri tamamilə sıradan çıxarır" - sitatın sonu.

M. Pompeo vurğulayıb ki, Liviya münaqişəsinin hərbi yolla həlli mümkünsüzdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm