"Əgər İran ABŞ-ın hərbçilərinə hücum etsə..." - Vaşinqtondan Tehrana NOTA
Bizi izləyin

ABŞ

"Əgər İran ABŞ-ın hərbçilərinə hücum etsə..." - Vaşinqtondan Tehrana NOTA

“Biz Amerika hərbçilərinə və ya milli mənafeyimizə qarşı baş tutacaq hər bir hücuma görə İranı məsul bilirik”.

Publika.az xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Müdafiə nazirinin səlahiyyətlərinin icraçısı Patrik Şanahan deyib.

Şanahan ölkəsinin körfəzə təyyarə daşıyan gəmi göndərməsinə münasibət bildirib. Qeyd edib ki, bu qərar İranın hərbi təhdidləri səbəbindən qəbul edilib. Şanahan bu təhdidlərin nədən ibarət olduğunun detallarını açıqlamasa da, rəsmi Tehrandan təxribatçı addımlardan əl çəkməyi tələb edib.

Onun bu açıqlaması rəsmi Vaşinqtonla Tehran arasında yeni ziddiyyətlərin kəskinləşdiyi vaxt verilib. Bu gərginlik Amerikanın “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini və Hərbi Hava Qüvvələrinə məxsus qırıcıları Ərəb dənizi və körfəzə göndərməsi ilə öz kulminasiya nöqtəsinə çatıb.

Məsələyə münasibət bildirən ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton və Dövlət Departamentinin rəhbəri Mayk Pompeo da Abraham “Lincoln” gəmisinin bölgəyə göndərilməsinin səbəbinin İrana açıq bir mesaj olduğunu bəyan ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm