Arvadını vəhşicəsinə öldürən azərbaycanlı kişi ABŞ-da ölü tapıldı - - FOTO
Bizi izləyin

ABŞ

Arvadını vəhşicəsinə öldürən azərbaycanlı kişi ABŞ-da ölü tapıldı - - FOTO

ABŞ-ın Viskonsin ştatında yerləşən Kolumbiya rayon cəzaçəkmə müəssisəsində 31 yaşlı azərbaycanlı Fuad Paşayev müəmmalı şəkildə ölüb.

Publika.az xəbər verir ki, həyat yoldaşını öldürməkdə təqsirli bilinən azərbaycanlı birnəfərlik kamerasında ölü vəziyyətdə tapılıb.

Kolumbiya qubernatoru Rocer Brendner bildirib ki, məhbusun cəsədi həbsxana nəzarətçiləri tərəfidən gecə 23:00 radələrində aşkar edilib. Həbsxana rəsmiləri onun intihar etdiyini ehtimal edir.

Paşayev bir neçə gün sonra həyat yoldaşının qətli ilə bağlı məhkəmə iclasında iştirak etməli idi.

Qeyd edək ki, Fuad Paşayev mart ayında həyat yoldaşı, 23 yaşlı ukraynalı Tatyana Qujvanı vəhşicəsinə öldürüb. Onun barəsində zorakılıq, qanunsuz şəkildə azadlıqdan məhrum etmə, əmlakın məhv edilməsi və digər maddələr üzrə cinayət işi qaldırılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm