ABŞ
Pentaqondan İrana qarşı MÜHARİBƏ PLANI: 120 min hərbçi... - ŞOK İDDİA
Pentaqon İranın öz nüvə fəaliyyətini sürətləndirəcəyi və ya Amerika hərbçilərinə hücum edəcəyi təqdirdə Yaxın Şərqə 120 min əsgər göndərməklə bağlı plan hazırlayıb.
Publika.az xəbər verir ki, bu haqda yeni planla tanış olan Amerika məmurlara istinadən “New York Times” qəzeti yazıb.
Ölkənin milli təhlükəsizliyi üçün məsuliyyət daşıyan məmurların sözlərinə görə, ABŞ-ın müdafiə naziri vəzifələrini icra edən Patrik Şanaxan mayın 9-daa ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə əsas köməkçilərinin görüşündə planı təqdim edib. Yeni plan prezidentin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun təzyiqi altında hazırlanıb.
Qəzetin məlumatına görə, planda açıqlanan hərbi qulluqçuların sayı görüşdə olanlardan bir çoxunu şoka salıb, çünki 2003-cü ildə İraqa müdaxilədə təxminən bu qədər Amerika hərbçisi iştirak edirdi.
Yenilənmiş plan İrana qarşı quru əməliyyatını nəzərdə tutmur, bu halda olduqca çox hərbçi lazım olardı.
Qeyd edək ki, ABŞ daha əvvəl İran tərəfindən təhlükənin kəskin artdığını elan edərək regiona təyyarədaşıyan qruplaşmanı və strateji bombardmançıları göndərib.
-
İqtisadi gündəm13:24
Azərbaycanda bu qadınlara pensiya verilməsi dayandırılacaq - YENİ QƏRAR
-
MDB12:18
Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...
-
Qoroskop12:12
Bu bürclər evlənə bilməz - Elə ki bir araya gəldilər...
-
Sosial11:06
Pensiya alanların nəzərinə!
-
Dünya09:58
ABŞ-da şok iddia: Bayden Netanyahunu niyə söyüb?
-
Hadisə09:42
Azərbaycanın Əməkdar məşqçisi öldü - FOTO
-
Səhiyyə09:00
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR: Bu məhsulu pulsuz alacağıq - VİDEO
-
MDB08:24
Rusiyada DƏHŞƏTLİ QƏTL: körpə bacılarını öldürüb parka getdi