ABŞ
Dünya qorxu içində gözləyirdi - Tramp NÖQTƏNİ QOYDU
ABŞ Yaxın Şərqə əlavə təxminən 1,5 min hərbi qulluqçu göndərəcək.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.
“Biz Yaxın Şərqə əlavə gücləri göndərəcəyik. Təxminən 1,5 min”, - Tramp Yaponiyaya səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu addım artıq regionda olan Amerika hərbçilərini qorumağa xidmət edəcək.
Qeyd edək ki, İran ətrafında vəziyyət Vaşinqtonun Fars körfəzinə hərbi donanma göndərmək barədə qərarından sonra gərginləşib. Vəziyyətin kəskinləşməsi fonunda ABŞ daha əvvəl Fars körfəzinə ən azı yeddi hərbi gəmi və ona yaxın “Patriot” zenit-raket kompleksini çatdırıb.
Ötən gün öz mənbələrinə istinadən “Fox News” telekanalı bildirib ki, Pentaqon Yaxın Şərqə daha minlərlə hərbçinin göndərilməsi ilə bağlı planını Ağ Evə təqdim edəcək. Məlumata görə, söhbət on min hərbi qulluqçunun göndərilməsindən gedir. Telekanalın mənbələri həmçinin qeyd edirlər ki, “Patriot” və hərbi gəmilərdə yerləşdirilən raket-zenit komplekslərinin genişləndirilməsi plana daxildir.
Amma bu iddia Pentaqon tərəfindən təkzib edilib.
Öz növbəsində, İran İslam İnqilabı Keşikçilər Korpusunun komandanının müavini Əli Fadavi bildirib ki, İranın Silahlı qüvvələri Yaxın Şərqdə ABŞ-ın hərbi gəmilərinin hərəkətlərinə nəzarət edir.
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir