ABŞ yenə Türkiyəni HƏDƏLƏDİ: S-400-lər təhvil alınsa...
Bizi izləyin

ABŞ

ABŞ yenə Türkiyəni HƏDƏLƏDİ: S-400-lər təhvil alınsa...

“Bütün göstəricilər Rusiyanın Türkiyəyə S-400 zenit raket komplekslərini təhvil verəcəyi istiqamətindədir. Əgər tədarük baş tutsa, nəticələr Türkiyənin F-35 döyüş təyyarələri ilə münasibətlərini sonlandırmasını da ehtiva edəcək”.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçinson deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “S-400 müdafiə sistemini gələn ay təhvil alacağıq” açıqlamasından sonra daimi nümayəndənin açıqlamasının gəlməsi diqqət çəkib.

"Rus sistemlərinin NATO daxilində yerləşməsi F-35 döyüş təyyarələrinə təsir göstərə və sabitliyini poz bilər. Lakin buna icazə verilməyəcək. Türkiyəyə də F-35 təyyarələrinin hissələrinin istehsal etməsinə icazə verilməyəcək”, - Hatçinson qeyd edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm