ABŞ ordusunda inqilabi dövr başlayır - FOTO
Bizi izləyin

ABŞ

ABŞ ordusunda inqilabi dövr başlayır - FOTO

ABŞ ordusunda yeni dövr başlayacaq.

Publika.az xəbər verir ki, 2020-ci ildə zirehli avtomatlaşdırılmış döyüş maşınını (RCV) sınaqdan keçiriləcək.

Avtomatlaşdırılmış maşınlar hazırda real mənada istifadəyə verilməsə də, müxtəlif texnologiyaların döyüş platformalarına yaxın gələcəkdə necə əlavə oluna biləcəyi və əsgərlərin bu tip maşınları necə idarə edəcəyi ilə bağlı təlimlər aparılacaq.

“The Verge” texnologiya saytının xəbərinə görə, RCV-lər M113 zirehli heyət daşıyan avtomobil üzərində dizayn olunub. “Mission Enabler Technologies-Demonstrators” (MET-Ds) adı verilən maşın əsgərlər tərəfindən nəzarətdə olacaq. MET-D maşınlarında kamera və əsgərlərin sensorlu panelləri istifadə edərək uzaqdan idarə edə biləcəyi qüllələr var.

Testlərin ilk mərhələsi gələn ilin martında Kolorado ştatındakı Fort Karsonda başlayacaq.

RCV-lər 2021-ci ildə Avropada sınaqdan keçiriləcək. 2023-cü ildə isə növbəti testdən keçəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm