Bolton Türkiyə və Rusiyanı hədələdi: Bu siqnaldır
Bizi izləyin

ABŞ

Bolton Türkiyə və Rusiyanı hədələdi: Bu siqnaldır

ABŞ Venesuela və ölkə prezidenti Nikolas Maduro hakimiyyətini dəstəkləyən əcnəbilərə qarşı sanksiyaları tətbiq edə bilər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib.

Onun sözlərinə görə, ABŞ Venesuelaya qarşı yeni sanksiyalarla Maduro hakimiyyəti ilə bizneslə məşğul olmaq istəyən üçüncü tərəflərə siqnal göndərir.

Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp Venesuela hakimiyyətinin ABŞ-ın yurisdiksiyasında olan aktivlərinin dondurulması haqqında fərman imzalayıb. Siyahıya ölkənin Mərkəzi Bankı və Dövlət Neft Şirkəti (PDVSA) də daxil edilib.

Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də kütləvi etirazlardan sonra parlamentin spikeri Xuan Quaydonun özünü müvəqqəti prezident elan etməsi ilə pisləşib. ABŞ, Avropa İttifaqı və Latın Amerikası ölkələrinin əksəriyyəti onun qanuni dövlət başçısı kimi tanıyıblar.

Rusiya, İran, Türkiyə və bir sıra başqa dövlətlər Maduroya dəstəyini elan ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm