Tramp Bayden administrasiyasını “gestapo” adlandırdı: Ağ Ev qarışdı
Bizi izləyin

ABŞ

Tramp Bayden administrasiyasını “gestapo” adlandırdı: Ağ Ev qarışdı

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın Co Bayden administrasiyasını nasist Almaniyasının gizli polis agentliyi “Gestapo” ilə müqayisə etməsinə reaksiya verib.

Publika.az xəbər verir ki, “The Hill” qəzetinin xəbərinə görə, Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts məsələ ilə bağlı açıqlama verib.

“Prezident Bayden faşistlərin dəhşətli ritorikasını təkrarlamaq, neonasistlərlə nahar etmək və cəsur polislərin həyatına son qoyan sui-qəsd nəzəriyyələrini gücləndirmək əvəzinə, Amerika xalqını ortaq demokratik dəyərlərimiz və qanunun aliliyi ətrafında birləşdirərək son 50 ildə zorakı cinayətlərin azalmasını nümayiş etdirir”,- Beyts bildirib.

Ona qarşı iddiaların Bayden administrasiyası tərəfindən planlaşdırıldığını iddia edən Tramp "Bu insanlar “Gestapo” hökumətini idarə edir və əllərində olan tək şey budur. Onlara görə, bu, qazana biləcəkləri yeganə yoldur, amma bu, əslində onları öldürür, məni isə narahat etmir” deyib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm