ABŞ
Tramp 2,2 milyon km² ərazi almaq istəyir - Trumenin arzusu idi
ABŞ prezidenti Donald Tramp dünyanın ən böyük adası olan Qrenlandiyanın alınması ideyasına baxır.
Publika.az xəbər verir ki, bu haqda Ağ Evdəki məlumatlı mənbələrə istinadən “Wall Street Journal” qəzeti yazıb.
Nəşr yazır ki, Tramp Danimarkaya aid olan adanın alınmasının mümkünlüyü haqqında dəfələrlə məsləhətçilərinə sual verib. Qeyd edilir ki, prezident adanın resursları və onun geosiyasi əhəmiyyətinə dair müzakirələrə maraqla qulaq asırdı. Müzakirə edilən məsələlər arasında Arktikada Amerika hərbi gücünün genişləndirilməsi imkanı da var. Qeyd edilir ki, prezident hətta Ağ Evin hüquq məsləhətçisinə layihənin hüquqi ekspertizasını keçirməyi xahiş edib.
Trampın məsləhətçilərindən bəziləri planı iqtisadi baxımdan məqsədəuyğun adlandıraraq dəstəkləyiblər. Bəziləri isə güman edirlər ki, prezidentin heç vaxt reallaşmayan “ötəri həvəsindən” söhbət gedir. Materialın müəllifləri etiraf edirlər ki, Trampın özünün bu ideyada nə qədər ciddi olduğu məlum deyil.
Qeyd edək ki, mayda ABŞ-ın dövlət katibi Mayk Pompeo Qrenlandiyaya baş çəkməli idi, ancaq səfər İranla münasibətlərdə gərginliyin eskalasiyasına görə ləğv edilmişdi.
Nəşr xatırladır ki, bu, Qrenlandiyanı almaqla bağlı Vaşinqtonun birinci cəhdi deyil. Prezident Harri Trumen İkinci dünya müharibəsindən sonra ada üçün 100 milyon dollar təklif etsə də, rədd cavabı alıb. 1867-ci ildə isə Dövlət Departamenti adanı əldə etmək imkanını araşdırırdı.
Qeyd edək ki, Danimarkaya aid olan Qrenlandiya Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən muxtar ərazidir. Sahəsi 2 milyon 166 min km² olmaqla dünyanın ən böyük adasıdır. Adada böyük neft, qaz, qızıl və almaz yataqlarının olduğu bildirilir.
-
Magazin101:40Azərin "Türklər gəlir"i oxudu, Ərdoğan müşayiət etdi - Video
-
ABŞ00:27Ağ Evdəki iclas yekunlaşdı: Trampın qərarı...
-
Ekologiya29 May 23:05Bakı sakinlərinə xəbərdarlıq
-
MDB29 May 22:48Rusiya Avropa ilə müharibəyə hazırlaşır? - Putin açıqladı
-
Region29 May 21:15Türkiyədə yüzdən çox turisti daşıyan gəmi batdı - Foto/Video
-
ABŞ29 May 19:51Tramp komandasını topladı: İranla bağlı son qərar veriləcək
-
İnanc29 May 19:00Qurban bayramında Azərbaycandakı bu ziyarətgahda böyük izdiham - Arzularının qəbul olunacağına inanırlar...
-
Region29 May 16:00Ərdoğandan dünyanı silkələyən qərar: Xaricdən Türkiyəyə köçənlər…











.jpg)




















